YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər seçkiləri xalq-iqtidar birliyinin təntənəsi olacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Bərdə rayonunda Şatırlı, Kürborakı, İkinci Nazırlı, Hacılı, Mollaisalar, Kolayır, Sərkarlar kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərin hər biri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Bərdə rayon təşkilatının sədr müavini Elməddin Əsgərxanov, təbliğat qrupunun üzvləri – Aqşin Hacızadə, şəhid Asif Abışovun anası İsbət Hətəmova, şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, Birinci Qarabağ müharibəsi veteranı Gəray Əsədov və başqaları çıxış ediblər. Bütün çıxışlarda seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə respublikamızın bütün ərazilərində keçiriləcəyinə diqqət çəkilib. Ona görə də qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və dövlətimizi qalib edən cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Sonra təşviqat qrupunun üzvləri rayonun Kolayır kəndində seçicilərlə fərdi görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv