YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişafa səs verəcəyik!

Qax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  fevralın 1-də Qax rayonunun Almalı, Dəymədağlı və Şıxlar kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, təşviqat qrupunun üzvü Ramil Məmmədli, müharibə iştirakçıları Polad Seyidli, Təbriz Cavadzadə çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib: “Cənab İlham Əliyevin fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi möhkəmləndirmək dayanır. Əsrə bərabər 20 ilin zirvəsində isə işğal altında qalan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsindəki qələbəmizdir. Mübaliğəsiz demək olar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri Azərbaycanı qalib ölkəyə, xalqımızı müzəffər xalqa çevirib”.

Görüş zamanı çıxış edən seçicilər də fevralın 7-də seçki məntəqələrinə gedərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv