YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtərlilər xalqın etimadını doğruldan Lideri dəstəkləyirlər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Tərtər rayonunun Mamırlı, Poladlı və Hüseynli kənd seçiciləri ilə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, təşviqat qrupunun üzvləri Ramil Məhərrəmov, Vəsilə Mehdiyeva, Adil Hüseynov, Sərxan Cəlahani, Hafiz Ələkbərov və digərləri çıxış ediblər.

Bildirilib ki, cənab İlham Əliyev ötən müddət ərzində öz əməli fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış ən böyük nailiyyətlərimizdən biri olan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib. İndi xalqımız əmindir ki, qalib Liderin rəhbərliyi ilə Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə çatacaq.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv