YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davamlı inkişaf, rifah və qələbələr naminə qalib Liderə səs verək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Sabirabad rayonu Qasımbəyli, Əsgərbəyli, Yuxarı-Axtaçı və Muradbəyli kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Telman Qurbanov, Ərzuman Babaşov, Nicat Əliyev  və Faiq Hüseynov çıxış ediblər. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən ətraflı bəhs ediblər. Onlar seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Sabirabad şəhəri “M.Şəhriyar” və “M.Vidadi” küçələrinin seçiciləri ilə də fərdi görüşlər keçirilib.