YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Unudulmaz və şərəfli tarix yaradan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Oğuz rayonunun Bucaq kəndinin seçicilərilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov, təşviqat qrupunun üzvləri Emin Cəfərov, Təranə Zəkəriyyəyeva, Ceyhun Kərimov, Aqil İsazadə, şəhid qardaşı Şahlar Osmanov çıxış ediblər. Natiqlər yeni reallıqlar fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsilə başa çatıb.

Seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Oğuz şəhəri Dədə Qorqud küçəsində və Bucaq kənd  “Bazar yeri” adlanan ərazidə seçicilərlə  məhəlli görüş keçirilib.