YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərli seçicilər qalib Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Ağsu rayonunun Hinqar, Şamaxı rayonunun Çuxuryurd kəndləri və Kürdəmir rayonunun Yeni Qəsəbəsində məskunlaşan kəlbəcərli seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Fehruz Cəlilov, Məzahir Məmmədov, Aybəniz Heydərova, Habil Sarıyev, Tofiq Mizəyev, Qanboy Məmmədov və digərləri çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Bildirilib ki, cənab İlham Əliyev ölkə vətəndaşları qarşısında verdiyi bütün vədləri qeyd-şərtsiz yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti, bütün dünya azərbaycanlılarının Lideri olduğunu təsdiqləyib.

Natiqlər seçiciləri Zəfər seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə yenilməz Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv