YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan seçiciləri qalib Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Naxçıvan şəhərinin Kalbalıxan və Həzi Aslanov küçələrində məhəlli görüşlər keçirilib.

Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində qalib Lider İlham Əliyevi dəstəkləməyə çağırıblar.

Seçicilər də artıq seçimlərini etdiklərini, 7 fevralda qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.