YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli həmrəyliyimizin təminatçısı

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Ağstafa rayonunun Böyük Kəsik, Muğanlı Köçvəlili, Ağgöl kəndlərində və Qarayazı, Saloğlu qəsəbələrində seçicilərlə görüş keçirilib.

Görüşlərdən əvvəl Böyük Kəsik kəndində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Canpolad Yusifov, Fərhad Hacıyev, Aydın Qurbanov, Şəfəq Cəlilova, İmran Nəsibov, Məmməd Məmmədov, Aqşin Quliyev və Sahib Salıfov çıxış ediblər. Çıxışlarda son 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyi, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı, ən böyük nailiyyətin isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğu qeyd edilib.

Natiqlər bütün seçiciləri milli həmrəyliyimizin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.  

DİGƏR Xəbərlər Arxiv