YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gəncləri etibarlı gələcəyimizdir

“Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir. Bu gün Azərbaycan gənclərinin sevincinin həddi-hüdudu yoxdur. Qalib, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş bir ölkənin vətəndaşı olmaq böyük qürurdur. Bu gün hansı sahəyə diqqət yetirsək Azərbaycanın daha da qüdrətlənməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində gənclərimizin xüsusi fəallığını, davamlı töhfələrini görərik. Gənclərimiz müair dövrün yaratdığı imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərinin əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün səylərini günbəgün artırırlar. Azərbaycan xalqı, dünya 44 günlük İkinci Qarabağ müharibəsində bunun bir daha şahidinə çevrildi. Belə ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdilər, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Azərbaycanın döyüş meydanında şanlı Qələbəsində informasiya cəbhəsində üstünlüyümüz əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Könüllü gənclərimiz 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıq, şücaət göstərdilər.  Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etmişdir.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkilinin sözlərinə görə, gənclərimizin keçdiyi inkişaf yolu dövlətimizin onlara göstərdiyi diqqət və qayğı barədə aydın təsəvvür yaradır: “Gəncləri gələcəyimiz kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyev bununla onlara böyük etimad göstərməklə yanaşı, həm də dövrün, zamanın tələblərinə uyğun olaraq qarşılarına qoyulan vəzifələri uğurla yerinə yetirmələri üçün yüksək ixtisaslı kadr kimi yetişmələrini hər zaman diqqətdə saxladı. Hakimiyyətinin hər iki dövrü gənclərin təhsilinə göstərilən diqqətlə xarakterizə olunur. Bunların nəticəsi olaraq bəzi statistik rəqmlərə nəzər salaq.  2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşürdü. Onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi kimi dəyərləndirildi. Son 20 ildə Ulu Öndər Heydər Əliyevin  siyasi kursunu uğurla  davam etdirən Prezident İlham Əliyevin gənclər siyasətində də gənclərin   xaricdə təhsilinə xüsusi diqqət göstərilir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olundu.  Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar əsasında təsdiqlənən və uğurla icra edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində minlərlə  Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşdur.  Cənab İlham Əliyev bu fikri böyük qürur hissi ilə qeyd edir ki, indiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Azad, sabitlik olan, özünə güvənən ölkədə yaşayırıq. Azərbaycan vətəndaşları olduğumuz üçün fəxr edirik. Gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.”

Nurlan Həsənov gənclərin dövlət idarəçiliyinə irəli çəkilmələrini önə çəkərək qeyd edib ki, ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı  Sərəncam  ilə “Yüksəliş” müsabiqəsi təsis edildi: “Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Həmçinin respublikanın şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı.”

Millət vəkili bildirib ki, bütün dövrlər üçün aktuallığını qoruyan əsas çağırışlardan biri gənclərini milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır: “Paytaxt Bakıda və bölgələrdə fəaliyyət göstərən Gənclər evi və mərkəzləri gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.  Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, informasiya yardımlarının göstərilməsi məqsədi ilə yaradılan “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi genişlənməkdədir. Dövlətimiz gənclərə daim  böyük diqqət və qayğı ilə yanaşır, bunu davamlı addımları ilə təsdiqləyir. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın birliyi, həmrəyliyi, gənclərimizin torpaq, Vətən sevgisinin sayəsində torpaqlarımız işğaldan azad edildi. Tarixi sahibinə qovuşan torpaqlarımızda müasir tələblərə çavab verən bərpa-quruculuq işləri həyata keçirilir. Gənclərimiz bu işlərə də öz töhfələrini verməyə çalışırlar. Bu gün bir daha böyük əminliklə qeyd edirik ki, Azərbaycan gəncləri etibarlı gələcəyimizdir.”

DİGƏR Xəbərlər Arxiv