YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısına səs verək!

Yevlax rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Yevlax rayonunun Havarlı, Hacıselli kəndlərində və Yevlax şəhəri “M.S.Ordubadi” küçəsində və “Dəmiryolu binası 1” ünvanında yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, təşviqat qrupunun üzvləri Əliqulu Abbasov, Əlirza Abdullayev və Vahid Quliyev seçiciləri seçki günü Azərbaycanın ərazi bütövlüyünü təmin edən qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv