YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarlıların seçimi Qalib Liderdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də rayon ziyalıları və ağsaqqalları ilə  görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri  Fərhad Pirmətov, General Sadulov, Cavanşir Nurməmmədov çıxış ediblər. Görüş zamanı çıxış edənlər  ölkəmizdə prezident seçkilərinin keçirilməsini şərtləndirən mühüm amillərdən olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması Prezident İlham Əliyevin 20 illik məqsədyönlü fəaliyyətinin zirvəsi olduğunu bildiriblər.

Natiqlər seçiciləri daim dövlət başçısının ətrafında sıx birləşməyə, 7 fevralda keçiriləcək prezident seçkilərində Azərbaycanın gələcək inkişafına səs verməyə çağırıblar.

Seçicilər xalqın etimadını doğruldan qalib Liderə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv