YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru

Samuxda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Samux rayonunun Alıuşağı,  Zazalı, Tatlı və Qiyaslı kənd seçiciləri ilə növbəti görüş keçirilib.

Görüşdə YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Sevinc Xəlilova, Məhəbbət Həsənova, Namiq Cəfərov, Nuranə Həsənova, Gəray Bayramov, İlahə Qurbanova, Fidayıl Əliyev, Mirzəmməd Orucov, Azər Əhmədov, Rəhim Məmmədov və Tahir Bağırov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 ildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanıb. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaradıb.

Natiqlər seçiciləri son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

DİGƏR Xəbərlər Arxiv