YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni-yeni hədəflərə doğru inamla!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Şahbuz rayonunun Kükü kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu və təşviqat qrupunun üzvü Aydın Tarışov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin ötən 20 ildə verdiyi bütün vədləri yerinə yetirdiyi, işğal faktına son qoymaqla, adını Azərbaycanın çağdaş tarixinə qalib Lider kimi həkk etdiyi qeyd olunub.

Natiqlər ötən ilin möhtəşəm nəticələri fonunda xalqımızın qarşıdakı prezident seçkilərində də məhz cənab İlham Əliyevə etimad göstərəcəklərindən əminliklərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv