YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səsimiz Şuşanın xilaskarınadır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Bakı şəhərinin Bilgəh qəsəbəsində və Bərdə rayonunda məskunlaşmış şuşalı seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, şəhid Əlizamin Ramazanlının dayısı Asif Qasımov, təşviqat qrupunun üzvləri Rəfail Məmmədov, Qabil Dadaşov və Anar Əlizadə çıxış ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Azərbaycan yeni tarixi mərhələyə qədəm qoyub. Xalqımız prezident seçkilərində yenidən qalib Liderə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq.

Seçicilər bildiriblər ki, Azərbaycanı sevən hər bir vətəndaşın tərəddüdsüz seçimi qalib Lider İlham Əliyevdir. “Əziz Şuşanın xilaskarına səs verəcəyik”, - deyə əminlik ifadə olunub.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv