YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Quba rayonunda seçicilərlə növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Quba rayonunun Zərqava, Qorxmazoba və Əspərasti kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Saməddin Nəsirov və  şəhid atası Nüsrəddin Rzayev çıxış ediblər. Natiqlər seçiciləri president seçkilərində fəal iştirak etməyə çağırıblar.
Çıxış edən seçicilər isə  fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv