YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Qalib Xalqın Qalib Lideri!” mövzusunda flaşmob keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 2-də Nizami rayonunda ilk dəfə səs verəcək gənclərin iştirakı ilə flaşmob keçirilib.

Flaşmob çərçivəsində gənclər 2000 ədəd “Rubik kubu”ndan istifadə etməklə Azərbaycanın üçrəngli bayrağının fonunda xəritəsini, Yeni Azərbaycan Partiyasının “Qalib Xalqın Qalib Lideri” şüarını, səsvermə nişanəsini və “7 fevral 2024” seçki tarixini düzəldiblər. Bununla da ilk dəfə səs verəcək gənclər Qalib Xalqın nümayəndələri kimi ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycanda keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə - Qalib Liderə dəstəklərini ifadə ediblər.

Flaşmob rayon sakinlərində də böyük marağa səbəb olub.

DİGƏR Xəbərlər Arxiv