YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq gələcəyimiz naminə!

Tovuz rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Tovuz rayonunun Azaflı və Bayramlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov və Sabir Quliyev çıxış ediblər.

Çıxış edənlər Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirdiyini, ölkəmizin bütün sahələrdə sürətli inkişafa nail olduğunu, müasir və peşəkar ordumuzun Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdiyini bildiriblər. 

Qeyd olunub ki, fevralın 7-də keçiriləcək Zəfər seçkisi Azərbaycanın suverenliyinin təsbitidir.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək dövlətimizin parlaq gələcəyinə, inkişafına, qalibiyyətlər tariximizin davamına, bir sözlə, yeni zəfərlərə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv