YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib xalqımızın səsi müzəffər Lideri Zəfər seçkilərinin qalibi edəcək!

Saatlı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Saatlı rayonunun Qıraqlı və Mustafabəyli kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, təşviqat qrupunun üzvləri Sədafər Hüseynov və Bəylər Əliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub Prezident İlham Əliyev 20 ildən artıqdır ki, Azərbaycanı Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəli aparır, xalqımıza tarixi uğurlar qazandırır. Bildirilib ki, bu gün ölkə qarşısında yeni dövrün yeni vəzifələri durur. Yeni dövrün başlanğıcında keçiriləcək 7 fevral prezident seçkiləri ilə 20 illik inkişaf yolu Azərbaycanın yeni mərhələyə qədəm qoyacağına, zəfərlərdən-zəfərlərə doğru qətiyyətlə irəliləyəcəyinə şübhə yoxdur.

Çıxışlarda seçicilərə 7 fevral prezident seçkilərində fəal iştirak edərək uğurlarımızın davamı, yeni zirvələri fəth etmək üçün YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırış edilib.

Seçicilər də  son 20 ilin tarixi uğurlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv