Xəbərlər
Qarabağ Zəfərinin Memarına səs verək!
Abşeron rayonunun Digah qəsəbə və Məmmədli kəndində seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Abşeron rayonunun Digah qəsəbə və Məmmədli kəndində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri Ülvi Salmanov, Vüqar Səlimov və Könül Məmmədova çıxış ediblər. Natiqlər çıxışlarında seçiciləri 7 fevral tarixində ölkəmizin yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləməsinə, şanlı Zəfərimizin memarı - cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Çıxış edən seçicilər də seçki prosesində fəal iştirak edəcəklərini və YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevi dəstəklədiklərini vurğulayıblar.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq rayonun digər qəsəbə və kəndlərində də görüşlər keçiriblər.