YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Dəmir yumruq!” - FLƏŞMOB

Xətai rayonunda seçicilərin iştirakı ilə fləşmob keçirilib

2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş  cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası  çərçivəsində fevralın 1-də Xətai rayonunda 265 saylı orta məktəbin meydançasında fləşmob keçirilib.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının təşkilatçılığı və rayon seçicilərinin iştirakı ilə keçirilən “Dəmir yumruq!” fləşmobunda 600 nəfərə yaxın seçici iştirak edib.

Fləşmobun əsas ideyasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tarixi Zəfər qazanaraq 30 illik torpaq həsrətinə son qoyması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsi təşkil edib. Fləşmobda Qələbəmizin və birliyimizin simvolu olan "Dəmir yumruq" və “Zəfərə Davam!” sözü əks olunub.

Fləşmob seçicilərdə böyük maraq oyadıb və xoş təəssürat yaradıb.

DİGƏR Xəbərlər Arxiv