YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsən seçkilərə tam hazırdır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Daşkəsən rayonunda seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına verdiyi töhfə 2020-ci ildə Vətən müharibəsində, 2023-cü ildə isə lokal antiterror tədbirlərində öz uğurlu nəticəsini verdi. Rəşadətli Ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdi. Artıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub. İnsanlar cənab İlham Əliyevin simasında öz hüquqlarının müdafiəsini, Azərbaycan dövlətçiliyinin inkişafını görürlər.

Seçicilər çıxışlarında fevralın 7-də cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.