YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvada səfərdədir

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Zakir Həsənov avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.