YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçki günü əsl bayrama çevriləcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Ağcabədi rayonunun Köyük və Şahsevən kənd seçiciləri ilə növbəti görüş keçirilib.

Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, təşviqat qrupunun üzvü Radə Qafarova seçiciləri cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib. Natiqlər yeni yaranmış reallıqlar fonunda növbəti hədəflərə çatmaq üçün seçiciləri cənab İlham Əliyevi dəstəkləməyə, bununla da gələcək tərəqqi və rifahımıza dəyərli töhfə verməyə çağırıb.

Seçicilər də bildiriblər ki, bu seçkilərdə hamı iştirak etməli, hər kəs vətəndaşlıq borcunu yerinə yetirməlidir.

DİGƏR Xəbərlər Arxiv