YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider xalqın sonsuz inamını qazanıb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Daşkəsən rayonunun Xoşbulaq və Qazaxyolçular kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev,  təşviqat qrupunun üzvü Elşən Alıyev və başqaları çıxış ediblər.      Çıxışlarda qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb. Ölkəmiz inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olub. Bu reallıqların müəllifi də məhz Prezident İlham Əliyevdir. Azərbaycanın ərazi bütövlüyünün və suverliyinin təmin olunması Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir.

Seçicilər isə fevralın 7-də xalqımızın sonsuz inamını qazanan Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv