YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər imzalı qüdrətli Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Balakən rayonunun Qazma kənd seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, təşviqat qrupunun üzvləri Xəlifə Mirəliyev, Rəşid Musayev və digərləri çıxış ediblər.

Qeyd olunub ki, xalqımız üçün böyük əhəmiyyət kəsb edən hadisələrdən biri də 7 fevral tarixində keçiriləcək prezident seçkiləridir. Natiqlər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu, qazanılan tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası barədə danışıblar.

Təşviqat qrupunun üzvləri son illər ərzində qazanılan tarixi nailiyyətlər fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də  Ulu Öndərimizin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ən layiqli namizədə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv