YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa seçicilərinin qalib Liderə olan güvəni sonsuzdur

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də  Ağstafa şəhərində və Qırılı, Qarahəsənli kəndlərində  seçicilərlə görüş keçirilib.

Görüşlərdən əvvəl Qırılı kəndində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksi ziyarət olunub, abidələr önünə tər gül dəstələri düzülüb.

Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman  oğulların əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlər zamanı YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Canpolad Yusifov, Məmməd Məmmədov, Sahib Salıfov, Hüseyn Hüseynov, Xuraman Əzimova, Həcər Namazova, Ləman Cəlilova, Asif Qənbərov və Şəfəq Cəlilova çıxış ediblər. Prezident İlham Əliyevin ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını diqqətə çatdıran natiqlər, qədirbilən xalqımızın dövlət başçısına hər zaman etimad göstərdiyini vurğulayıblar.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də əminliklə qeyd ediblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv