YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsmayıllı rayonunda seçicilərlə növbəti görüş

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də İsmayıllı rayonunun İvanovka kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, təşviqat qrupunun üzvləri Valeh Salehov, Əfqan Soltanov, Olqa Jabina çıxış ediblər.

Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətində bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.

Natiqlər seçiciləri bütün bu nailiyyətlərin qarantı, qalib xalqın qalib Lideri cənab İlham Əliyevə dəstək olmağa çağırıblar.

Görüşdə çıxış edən seçicilər də uğurlu gələcək naminə 7 fevral seçkilərində cənab cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv