YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Abşeron rayonunun Saray qəsəbəsində seçicilərlə  görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədr müavini Ülvi Salmanov, təşviqat qrupunun üzvləri Faiq Xudayev və başqaları çıxış ediblər. Natiqlər ölkəmizin gələcək inkişafı, insanlarımızın rifahının daha da yaxşılaşması, dövlətimizin güc və qüdrətinin artması naminə seçiciləri ən layiqli namizədə - cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki,  təşviqat qrupunun üzvləri  “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq, rayonun digər qəsəbə və kəndlərində də görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv