YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüzün mənbəyi xalq-iqtidar birliyidir

7 fevral 2024-cü il tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 31-də Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Hafiz Əzimzadə  və  Valeh Abdullayev çıxış ediblər. Çıxışlar zamanı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində  Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyi  vurğulanıb. Qeyd olunub ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti, quruculuq işləri uğurla davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtması Prezident Cənab İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.  

Görüş Yeni Azərbaycan Partiyası Himninin sədaları altında başa çatıb.

Təşviqat kampaniyası çərçivəsində cənab İlham Əliyevin seçki platformasını əks etdirən kitabçalar və digər təşviqat materialları seçicilərə paylanılıb. Eyni zamanda, seçicilərlə maarifləndirici söhbətlər aparılıb.

DİGƏR Xəbərlər Arxiv