YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngilanlı seçicilərlə növbəti görüşlər...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da  “qapı-qapı” seçki texnologiyası əsasında zəngilanlı  seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə təşviqat qrupunun üzvləri  fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün çağırış ediblər.