YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışın müəllifi

Ağdam rayonunun Əhmədağalı, Çıraqlı və Mirəşelli kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Ağdam  rayonunun Əhmədağalı, Çıraqlı və Mirəşelli kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədr müavini İntiqam Quliyev, təşviqat qrupunun üzvləri Natiq Cavadov və qazi Elşən Zeynalov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan, Böyük Qayıdışın müəllifi İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv