YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Haqlı qərar

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb. Ermənistan-Azərbaycan münaqişəsi istər Avropa Parlamentində, istərsə də AŞPA-da müzakirə edilərkən dini və etnik ayrı-seçkiliyə söykənən erməni təəssübkeşliyi nəinki gizlədilmir, hətta bu cür rüsvayçı bölücülüyə ümumbəşəri dəyərlərdən don geyindirmək mövqeyi üstünlük təşkil edir. Avropa Şurası Parlament Assambleyası (AŞPA) bəyənat yayıb ki, guya Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, əməkdaşlığa sadiq deyil. Əslində isə, reallıq başqadır. Onlar Azərbaycana qarşı açıq şəkildə təzyiq və təhdid dilini işə salıblar.

Azərbaycan 2001-ci ildən bəri AŞPA-ya üzv olduğu vaxtdan özünü etibarlı tərəfdaş kimi aparıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışacaqlarını zənn edirdilər. Lakin Azərbaycan Nümayəndə Heyəti çox haqlı qərar verdi və bu qərəzli qurumla əməkdaşlığı dayandırdı. Avropa Şurası Parlament Assambleyası (AŞPA) da Azərbaycanın separatizmin kökünü kəsməsindən, işğalı aradan qaldırmasından, ölkənin bütün ərazisində dövlət suverenliyini təmin etməsindən, yurdundan qovulmuş bir milyondan artıq insanın hüquqlarının bərpasından narahatlıq keçirərək yaman əl-ayağa düşüb. Bu dəfə isə Azərbaycanın səsini dondurmaq kimi mənasız və çirkin təşəbbüslə çıxış edirlər. Görünən odur ki, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda bir çox ölkələrin və təşkilatların insan hüquqları, demokratiya adı altında arxasında gizləndiyi əsl simaları üzə çıxır. Bu reallıqlardan görünür ki, bir çox avropalı parlementarilərin ciddi şəkildə narahatdırlar. Onlar Azərbaycana qarşı sinxron şəkildə təzyiqlərə başlayıblar. Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda, nümayəndə heyətimiz vurğulayıb ki, Azərbaycan torpaqlarını Ermənistan 30 il ərzində işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdən təzyiq metodlarını işə salınmasını tələb etmişdik. O zaman, heç bir konkret tədbir götülmədi. İkili standartlarla işləyən avropalı deputatlar indi əsl simalarını ortaya qoydular.

Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. Ona görə də ölkəmiz bu cür qeyri-ciddi təşkilatla əməkdaşlıq edə bilməz. AŞPA və digər eyni mövqedə olan təşkilatlar və dövlətlər Azərbaycanın regional və qlobal əhəmiyyətini dərk etməlidirlər. Azərbaycan onlara daha çox lazımdır.

DİGƏR Xəbərlər Arxiv