YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Lənkəran rayonunun Şürük, Tütəpeştə, Türkəkəran, Moğonojoba, Seydəkəran və Ləj  kəndində yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşviqat qrupunun üzvləri İbrahim Quliyev, Emin Bağırov, Namiq Bağırov və Cəmil Quliyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə verilən vədlərin yerinə yetirilməsindən, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunmasından, güclü ordumuz yaradılmasından, ən əsası isə Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsindən bəhs olunub.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəni nurlu sabahlara aparacaq yeganə Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Lənkəran şəhərində məhəllə  görüşləri də keçirilib.