YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə qələbələrə doğru!

Qəbələ rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  yanvarın 30-da Qəbələ rayonunun Həmzəli, Xırxatala və Qəmərvan kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Qalib Nəbiyev və Tahir Hacıyev çıxış ediblər.      Bildirilib ki, ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də qalib Lider, xalqımıza Zəfəri bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd ediblər. 

DİGƏR Xəbərlər Arxiv