YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Kamilə Əliyeva seçicilərlə görüşüb

111 saylı Zaqatala-Balakən seçki dairəsi üzrə Milli Məclisin deputatı Kamilə Əliyeva Zaqataladakı Heydər Əliyev Mərkəzində seçicilərlə növbəti dəfə görüşüb.

Seçicilər müxtəlif mövzularla, xüsusən sosial məsələlər, məşğulluq, hüquqi yardım, sağlamlıqla bağlı müraciətlər ediblər.

Seçicilərin qaldırdıqları məsələlər qeydiyyata alınıb.

Bəzi məsələlər yerindəcə həll edilib, digərləri isə qanunvericilik çərçivəsində öz həllini tapmaq üçün müvafiq orqanlara müraciət etmək üçün nəzarətə götürülüb.