YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərin səsi cənab İlham Əliyevədir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Şahbuz rayonunda gənclər, o cümlədən idmançılar ilə görüş keçirilib.

Görüşdə YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov, təşviqat qrupunun üzvləri Rauf Bağırov, Səadət Abdinova, Mehriban İmamquliyeva, Rəna Rzayeva, Vüsal Xəlilzadə və Zəhra Quliyeva çıxış ediblər.

Çıxışlarda Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqətin göstərildiyi qeyd olunub. Bildirilib ki, Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Respublikamızda Olimpiya İdman komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Seçicilər də öz növbəsində cənab İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə aparan Liderə səs verəcəklərini vurğulayıblar.