YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qətiyyətli Lider İlham Əliyevə səs verəcəyik!”

Füzuli rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Beyləqan və İmişli rayonu ərazisində məskunlaşmış füzulili seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, təşviqat qrupunun üzvləri Almaz Həşimova, Tamella Məmmədova çıxış ediblər. Çıxışlarda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlətçilik siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə bu siyəsətə alternativ olmadığı qeyd edilib.

Natiqlər bildiriblər ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil dövlətə çevrilib.

Seçicilər çıxış edərək, Zəfərlərimizin memarı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva seçicilərlə fərdi görüşlər də keçirib.