YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərin davamlılığı naminə!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Abşeron rayonunun Hökməli, Pirəkəşkül qəsəbələri, Atyalı yaşayış massivi və Şəki rayonu ərazisində məskunlaşmış laçınlı seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təşviqat qrupunun üzvüləri Şamo Qasımov, Tahir Bayramov, Varaşil Məmmədov, Aytac Abbasova, Fərəc Ədilov, Maarif Abbasov, Rəhman Səfərov, Sabir Əmrahov və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, tariximizə ən möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Prezident İlham Əliyev Azərbaycanı dinamik inkişaf etdirərək, onu bölgənin söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevirib.

Əminliklə bildirilib ki, gələcəyimizin xoşbəxt və firavan olması üçün qalib Lider İlham Əliyevin görəcəyi möhtəşəm işlər bundan sonra da davam edəcək.

Çıxış edən seçicilər qeyd ediblər ki, zəfərlərin davamlılığı naminə cənab İlham Əliyevə səs verəcəklər.