YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misilsiz xidmətin 20 ili

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Beyləqan rayonunun Qaralılar, İmamverdilər kəndlərində və Beyləqan şəhəri SMD-42 qəsəbəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Fədayət Rüstəmov, Bakir Həsənov, Əlikərəm Allahyarov, Niyaməddin Əsgərov, şəhid atası Bədirxan Abışov, qazilər Telman Quliyev, Teymur Babayev və başqaları çıxış ediblər. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Natiqlər seçiciləri səsvermə günü məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində həmçinin rayonun İmamverdilər kəndində şəhid ailəsi ziyarət olunub.