YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələrə davam

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Yasamal rayonunda müxtəlif ünvanlarda yaşayan seçicilərlə fərdi görüşlər keçirilib.

Təşviqat qrupunun üzvləri cənab İlham Əliyevin ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etməklə xalqımızın ən böyük arzusunu yerinə yetirdiyini deyib, seçiciləri xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandana səs verməyə dəvət ediblər.

Seçicilər də öz növbəsində fevralın 7-də ölkənin tərəqqisi naminə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.