YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayonunda növbəti görüş…

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Ağdam  rayonunun Qaradağlı kənd Mədəniyyət evində  Qaradağlı, Rzalar və Evoğlu kəndlərindən olan seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Şamil Əhmədov və Ülvi Qədirov çıxış ediblər. Qeyd olunub ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi  İlham Əliyevə səs verməyə çağırıblar.

Görüşdə seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində məhəllə görüşləri də keçirilib.