YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qazıməmməd-Qazax” magistral qaz kəmərinin başlanğıcından 210-cu kilometrinə qədərki hissədə yenidənqurma işlərinə başlanılıb

“Qazıməmməd-Qazax” (1-ci xətt) magistral qaz kəmərinin başlanğıcından 210-cu kilometrinə qədər olan hissədə yenidənqurma işlərinə başlanılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən  verilən məlumata görə, şirkətin “Qaz İxrac” idarəsində 2015-ci ilin birinci yarısında təhlükəsizlik, ekologiya və standartların idarə edilməsi sahələri üzrə görülən işlərlə bağlı hesabat iclası keçirilib. İdarənin rəisi Qağaməli Seyfullayev son illər bu istiqamətdə səmərəli tədbirlərin həyata keçirildiyini, bir sıra yeniliklərin tətbiq edildiyini, mühüm irəliləyişlərin əldə olunduğunu qeyd edib, qarşıda duran məsələləri diqqətə çatdırıb.

Bildirilib ki, hesabat dövründə bərk tullantıların və çirkab sularının utilizasiyası məqsədilə zəruri tədbirlər keçirilib. 5467,337 ton metal “HER ENGİNEERİNG” MMC-yə, 6,870 ton sürtgü yağı Bakı Neft Emalı zavoduna, 133 kiloqram təhlükəli tullantı SOCAR-ın ekologiya idarəsinin “Qaradağ” tullantı mərkəzinə təhvil verilib.

“Qazıməmməd-Qazax” magistral qaz kəmərinin başlanğıcından 210-cu kilometrinə qədər olan hissədə yenidənqurma işlərinə başlanılıb. Bu istiqamətdə boru kəmərinin 24 kilometrlik hissəsi yenidən çəkilib və ekologiya idarəsi tərəfindən Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi işlənib hazırlanıb. Ekologiya idarəsinin ekoloji monitorinq departamenti tərəfindən magistral qaz kəmərləri sahələri üçün “Atıla bilən tullantı həddi”, “Təhlükəli tullantıların pasportlaşdırılması” və “Ekoloji pasportlar” kimi texniki normativ sənədləri hazırlanıb. Həmin sənədlərə uyğun olaraq, magistral qaz kəmərləri sahələri üçün təhlükəli tullantıların ekoloji pasportları təsdiq edilib.

Qeyd olunub ki, idarə tərəfindən ixrac olunan qazın keyfiyyətini və sifarişçi təşkilatlara göstərilən xidmət səviyyəsindən müştərilərin məmnuniyyətini müəyyən etmək məqsədilə ildə bir dəfədən az olmayaraq anket sorğusu keçirilir və müştərilər tərəfindən “5” ballıq sistemlə qiymətləndirilən anketə əsasən görülmüş işlər təhlil edilir, beynəlxalq standartların əhatə dairəsində mövcud ekoloji aspektlər müəyyən olunur. Hesabat dövründə də müştərilər idarənin fəaliyyətini yüksək qiymətləndiriblər.

DİGƏR Xəbərlər Arxiv