YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözünə sadiq, etimada layiq!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Ordubad rayonunun  Biləv və Parağa kəndlərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad  edilib.

Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Yavər Şıxəliyev, Aytən Cəfərova, Mahir Şıxəliyev, Zahid Sadıqlı, Bəylər Xanlarov və Zahid Sadıqlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü siyasət həyata keçirib. Prezidentin rəhbərliyi ilə son 20 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb. Həyata keçirilən bu möhtəşəm işlər dövlətimizin inkişafına və güclənməsinə xidmət edib.  

Görüşdə çıxış edənlər seçicilərin fevralın 7-də mütəşəkkil qaydada öz səsvermə hüquqlarından istifadə edərək qalib Lider İlham Əliyevə səs verəcəklərinə inandıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv