YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Lider Azərbaycanı inamla irəli aparır

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Şəki rayonunun Kiçik Dəhnə kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şəki  rayon təşkilatının sədri Daşqın Mikayılov, təşviqat qrupunun üzvləri Xanlar Ağabəyov, Kərim Xudiyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin ideya və əməllərinin, dövlətçilik xəttinin ən layiqli davamçısı, çağdaş dünyanın tanınmış siyasi və dövlət xadimi İlham Əliyev müstəqil Azərbaycan dövlətinə uğurla rəhbərlik edir. Bu səbəbdən də Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayır, ölkəmiz hərtərəfli səviyyədə inkişaf edir. Cənab İlham Əliyev yeni əsrin yeni Lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Natiqlər seçiciləri 7 fevral keçiriləcək seçkilərdə yeni əsrin yeni Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində də seçicilərlə görüş keçirilib.

DİGƏR Xəbərlər Arxiv