YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şövqi Hüseynov: Daha güclü, firavan Azərbaycan naminə İlham Əliyevə səs verək!

“Fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə Azərbaycanın bütün ərazilərində prezident seçkiləri keçiriləcək. Biz bu seçkilərə yaddaşlarımızdan heç vaxt silinməyəcək möhtəşəm hadisələrlə gedirik”.

Bu fikirləri Əməkdar artist Şövqi Hüseynov bildirib.

Ş.Hüseynov qeyd edib ki, tarixdə ilk dəfə bütün Azərbaycanda prezident seçkilərini keçirmək, həmçinin ölkəmizin bütövlüyünü də dünyaya tanıtdırmaq çox qürurverici bir hadisədir: “30 illik işğaldan sonra düşmən üzərində tarixi Zəfər çalan, müstəqillik tarixində ilk dəfə ərazi bütövlüyünü tam təmin edən Azərbaycanın qalib Lideri, böyük Qələbənin memarı, Ali Baş Komandan İlham Əliyevin seçkiləri qazanacağına qətiyyən şübhə etmirəm. Çünki Prezident İlham Əliyev Azərbaycan torpaqlarını işğaldan azad etməklə, Vətənin bütövlüyünü tam təmin etməklə daha böyük nüfuz və rəğbət qazanıb”.

“Mən bu seçkilərdə azad Qarabağa, bütöv Azərbaycana, qüdrətli orduya, möhkəm iqtisadiyyata, mədəniyyət və incəsənətimizin inkişafına, qalib xalqın qalib Liderinə səs verəcəm. Eləcə də sözünə sadiq, etimada layiq Lideri, milli maraqlar üzərində qurulmuş siyasəti dəstəkləyəcəm. Hər kəsi çağırıram ki, daha güclü, firavan Azərbaycan naminə cənab İlham Əliyevə səs verək!”,- deyə Əməkdar artist vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv