YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

Zərdab rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Zərdab rayonunun Dəliquşçu kəndində və şəhər ərazisində seçicilərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Neman Yediyarov, Gülnaz Məmmədova, Zemfira Eyvazova və Elmin Cəfərli çıxış ediblər.

Çıxışlarda ərazi bütövlüyümüz və dövlət suverenliyimiz təmin olunduqdan sonra keçiriləcək prezident seçkilərinin əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, ölkəmizin beynəlxalq arenada söz sahibi olan dövlətə çevrilməsində cənab İlham Əliyevin misilsiz rolu var. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ötən 20 il ərzində bütün sahələrdə mühüm uğurlar əldə edib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində hamılıqla  məntəqələrə gəlib qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar. 

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv