YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək hədəflərə səs verək!

Zaqatala rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Zaqatala rayonunun Çobankol və Yeni Suvagil kəndlərində seçicilərlə görüşlər keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Zaqatala rayon təşkilatının sədr müavini Fərid Ramazanov, Milli Məclisin deputatı Kamilə Əliyeva, partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədov, partiya fəalları, təşviqat qrupunun üzvləri İbrahim İbrahimov və Mətanət Səmədova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə ölkədə gedən dinamik inkişaf, neft kapitalının insan kapitalına çevrilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması və ordu quruculuğu sahəsində islahatlar böyük nailiyyətlərdir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.