YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə yeni zəfərlərə doğru!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də  YAP Şəmkir rayon təşkilatında ziyalılar və ağsaqqallarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Milli Məclisin deputatı Nurlan Həsənov və təşviqat qrupunun üzvü Famil Həmidov çıxış ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan son 20 ildə qüdrətli və sarsılmaz dövlətə çevrilib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərində qazanılmış tarixi qələbələr cənab İlham Əliyevin düşünülmüş siyasəti, prinsipiallığının nəticəsidir: “Fevralın 7-də keçiriləcək “Zəfər seçki” isə cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir”.

Seçicilər də öz növbəsində Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsi naminə qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.

Qeyd edək ki, həmin gün Şəmkir rayonunun Yuxarı Seyfəli, Atabəy, Mehirli, Nərimanlı kəndlərində də seçicilərlə görüşlər keçirilib.