YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-iqtidar birliyi sarsılmazdır

Yardımlı rayonunda seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Yardımlı rayonunun Horavar, Vərov kəndlərində və şəhərin “Heydər Əliyev” küçəsində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, təşkilatın sədr müavini Maqsud Şabiyev və başqaları çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə ölkədə gedən dinamik inkişaf, neft kapitalının insan kapitalına çevirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması və peşəkar ordu quruculuğu böyük nailiyyətlərdir. Bu sahələrin inkişafı və xüsusən də ordumuzun güclənməsi sayəsində torpaqlarımız işğaldan azad olundu və sərhədlərimiz tam bərpa olundu.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.