YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər addımlarla irəliləyirik

Qaxda gənclər və idmançılar ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də YAP Qax rayon təşkilatında gənclər, o cümlədən idmançılarla görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, YAP Gənclər Birliyinin üzvü Salman Salmanov, təşviqat qrupunun üzvləri Əlövsət Bayramov, universal döyüş üzrə dünya çempionu Ramil Məmmədli, qadınlar arasında FİDE ustası Pərvanə İsmayılova və şaolin idman növü üzrə dünya çempionu Zaur İsaqov çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illərin çoxəsrlik milli dövlətçilik tariximizin bənzəri olmayan qızıl dövrü olduğu vurğulanıb. Qeyd olunub ki, bu gün məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində Prezident İlham Əliyev müasir, müstəqil Azərbaycanı yeni zirvələrə qaldırıb. Ən böyük nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

O da bildirilib ki, Prezident İlham Əliyev öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Planlı və məqsədyönlü işlərin davamı olaraq, təşviqat qrupunun üzvləri seçiciləri alternativsiz namizəd cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv